İranda polis maşınlarına hücum: Ölən və yaralananlar var
![İranda polis maşınlarına hücum: Ölən və yaralananlar var](https://sfera.az/photo/orginal/2024/04/09/1712676197_1b2e9c50-b8ab-11eb-8bd4-378c79057da9-1.jpg)
19:21 / 09.04.2024
5633
İranın Sistan və Bəlucistan əyalətində Soran-Mehristan avtomobil yolunda iki polis maşınına silahlı hücum olub.
Sfera.az xəbər verir ki, nəticədə beş asayiş keşikçisi ölüb və bir neçəsi yaralanıb.
Hücuma görə məsuliyyəti “Ceyş-ül-Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.