Baş məşqçi Mbappe haqqında danışmaqdan YAYINDI: "Mənə bir oyunçu..."

İdman
17:48 / 09.04.2024
5413
PSJ-nin baş məşqçisi Luis Enrike parisli hücumçu Kilian Mbappe haqqında danışmaqdan çəkinib.
Sfera.az bildirir ki, o, bütövlükdə komanda haqqında danışmaq istədiyini söyləyib.
“Mbappe? Siz mənə bir oyunçu haqqında sual verirsiniz, mən isə komanda haqqında danışmaq istəyirəm. Vəziyyətimiz də, əhvalımız da yaxşıdır".
Qeyd edək ki, sabah, aprelin 10-da PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu "Barselona" ilə keçirəcək. Mbappe isə 2018-ci ildən parislilərin heyətində çıxış edir. Onun klubla müqaviləsi bu ilə qədər idi.
Futbolçu klub heyətində 39 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fatimə Lətif