ABŞ-dən İrana SƏRT XƏBƏRDARLIQ: "Vəziyyəti gərginləşdirməyin!"

ABŞ-dən İrana SƏRT XƏBƏRDARLIQ:

ABŞ İsrailin Dəməşqə zərbə endirməsindən sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi barədə xəbərdarlıq edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.


'Biz İran hökumətinə açıq şəkildə bildirdik ki, onlar bu hadisədən ABŞ qoşunlarına və ya ABŞ-nin bölgədəki obyektlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməli, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar”, - o qeyd edib.

 

“Oktyabrın 7-dən biz eskalasiya riskindən narahatıq. Siz bizim eskalasiya riskini azaltmaq üçün davamlı olaraq diplomatiya ilə məşğul olduğumuzu görmüsünüz”, - Miller əlavə edib.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail vətəndaşları HƏMAS tərəfindən öldürülüb və ya girov götürülüb. Buna cavab olaraq İsrail tərəfi bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başladığını elan edib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...