Bakının mərkəzində tapılan meyitlə bağlı YENİ XƏBƏR
Kriminal
19:06 / 29.11.2016
1845
Bir neçə gün əvvəl Azadlıq prospektində tapılan kişi meyitinin kimə məxsus olması müəyyən edilib.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti 4 ünvanındakı binanın zirzəmisinin qarşısında ölən şəxsin 1979-cu il təvəllüdlü Həsənov Qorxmaz Dilavər oğlu olması məlum olub.
Bildirilir ki, Q.Həsənov əvvəllər bir neçə dəfə məhkum edilib.
Ölüm faktı araşdırılır.