"Maksimum diqqətli olun, əks halda..." - Mütəxəssisdən vətəndaşlara XƏBƏRDARLIQ!

"Son zamanlar Azərbaycanda dələduzluq faktları geniş yayılıb. Dələduzlar, əsasən, sosial şəbəkələr üzərindən insanları aldadır və insanların pullarını mənimsəyirlər. "Telegram" platforması üzərindən də massiv dələduzluq sürətlə yayılır. Onlar Azərbaycan dilində mükəmməl danışır və ünsiyyət qurmağ bacarırlar".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri texnobloger Fərid Pərdəşünas bildirib.

 

“Bu dələduzluq növündə məşhur şəxslərin foto, ad, soyadından istifadə etməklə mesaj yazılır və sizdən onun üçün kriptovalyuta alışı etməyiniz xahiş olunur. Özü ala bilmir, çünki kartı xarici əməliyyatlara bloklanıb və ya vergi çıxılır”.

 

Fərid Pərdəşünas qeyd edib ki, dələduzlar çox professionaldırlar.

 

“Vətəndaşlardan onlara yaxın adamlarından gələn borc və alış istəklərinə qarşı maksimum diqqətli olmaları xahiş edilir. Təhlükəsizlik üçün mütləq həmin adamla əlaqə saxlamaq lazımdır. Əks halda, vəsaitləriniz talana bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR