DİN-dən əhaliyə MÜRACİƏT: “Bayram günlərində...” 

DİN-dən əhaliyə MÜRACİƏT: “Bayram günlərində...” 

“Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayı əhəmiyyətli dərəcədə artacaq. Bunun nəzərə alınması, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur”.

 

Bu barədə Sfera.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurum Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib:

 

“İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin!”.

 

Qurum həmçinin qeyd edib ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm sürücülərin, sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...