"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, fəranda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 684, № 7, maddə 1261) ilə təsdiq edilmiş "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 2.2.13-1-ci yarımbənd əlavə edilsin:

"2.2.13-1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir;".


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınları: 168 nəfər saxlanıldı

Türkiyədə meşə yanğınları ilə bağlı aparılan araşdırmalar çərçivəsində iyunun 1-dən bu günə qədər 168 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu...

Rusiyadakı zəlzələdən sonra vulkan da aktivləşdi

Rusiyanın Kamçatka yarımadasında baş verən 8.8 bal gücündə zəlzələnin ardından bölgədə yerləşən Klyuçevskoy vulkanı fəallıq göstərməyə başlayıb.   Sfer...

Bacısının maşını üçün aldığı hədiyyədən cadu çıxdı – ANBAAN VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.   Sfera.az xəbər verir ki, iddialara görə bacısının maşını üçün aldığı hədiyyədən cadu...

162 milyonluq əsassız ödənişlər aşkarlandı

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 i...

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec...

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...