Keyt Middltonun valideynlərinin külli miqdarda borcu var - FOTO

Keyt Middltonun valideynlərinin külli miqdarda borcu var - FOTO

Keyt Middletonun valideynləri (Karol və Maykl Middletonlar) “Party Pieces” şirkətkərini satıblar. Buna baxmayraq, onların hələ də yüz minlərlə borcu var.

 

Sfera.az bildirir ki, xəbərlər Keytin xərçəng diaqnozu və profilaktik kimyaterapiya keçdiyini açıqlamasından bir neçə həftə sonra məlum olub. Media Karol Middletonun maddi problemləri böyük qızını stressdən qorumağa çalışdığı üçün gizlətdiyini yazır. 

 

 

Uels şahzadəsinin valideynləri yeni evliykən hər ikisi “British Airways”də işləyib. Sonradan cütlük 1987-ci ildə ziyafət planlaşdırma və dekor biznesi qurublar. Ailə biznesini qurmaq ideyasının Ketrinin beşinci ad gününü qeyd etdikləri zamanı ağıllarına gəldiyi  bildirilir.

 

Şahzadənin anası işə karqo sifarişi ilə başlayıb. Bir neçə il sonra isə həyat yoldaşı Maykl ona qoşulmaq üçün uçuş dispetçeri işini atıb. Vaxt keçdikcə Middltonlar 12 işçidən ibarət bir komanda qurdular və şirkəti Berkşirdəki evlərindən idarə etməyə başlayıblar.

 

“Party Pieces”dən əldə olunan gəlirlər Keyt Middleton, bacısı Pippa və qardaşı Ceymsin təhsil haqqına yönəldilib. Şahzadə Diananın oğlu ilə evlənməzdən əvvəl Keyt özü də valideynlərinin şirkətində menecer işləyib.

2019-cu ildə Keyt Middletonun anası öz səhmlərinin 49%-ni satıb və biznesin nəzarətini investorlara verib (sonradan media onun işi tərk etdiyini və təqaüdə çıxmağı planlaşdırdığını açıqladı). Bundan sonra şirkətin biznesi koronavirus pandemiyası səbəbindən geriləməyə başladı. 2023-cü ilin mart ayında “Party Pieces” müflisləşmə üzrə məsləhətçi “İnterpath Advisory” firmasını işə götürdü və rəsmən iflas olduğunu elan etdi. 2023-cü ilin may ayında Uels şahzadəsinin valideynləri bizneslərinin bir hissəsini milyonçu Ceyms Sinkleyrə 180.000 funt sterlinqə satıblar.

 

Şirkətin o dövrdə iki milyon funt sterlinqdən çox borcu var idi.


Bu borclarla bağlı kimin cavabdehlik daşıyacağı isə hələlik məlum deyil. Böyük Britaniya qanunlarına əsasən, bir şirkət administrasiyaya girəndə bir çox ödənilməmiş borcları ləğv edilir.  “Party Pieces” isə hələlik “Sinclair”in mülkiyyətində qalır. Şirkətin səhmləri və biznesin idarə olunmasına hələ də “İterpath” nəzarət edir.

 

Niyə borcludurlar?

 

 

Keyt Middletonun valideynlərinin artıq həmişəki kimi kreditorlara milyonlarla funt sterlinq borcu olmasa da, aldıqları kreditlərin cütlüyü müflisləşdirdiyi bildirilir. Dolayısı ilə cütlük, “İnterpath”a hələ də borcludur.

 

Bir mənbə isə valideynlərinin övladlarından kömək istəmədiklərini bildirib. Onlar bu çətin vaxtlarda qızlarını narahat etmək istəmirlər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...