İlhamə Quliyevanın köməkçisinin məhkəmə istintaqı başa çatdı

İlhamə Quliyevanın köməkçisinin məhkəmə istintaqı başa çatdı

Mərhum xalq artisti İhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.
 
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Proses dekabrın 6-da davam etdiriləcək.
 
Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
 
İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR