Yük maşınlarından tutulan cərimələr yollara xərclənəcək

Yük maşınlarından tutulan cərimələr yollara xərclənəcək

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitlərinin formalaşdırılması mənbələri artırılıb.

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"nda dəyişikliklər edilib.

Hazırda Fondun vəsaitləri dövlət büdcəsinin mənbələri hesabına - yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına formalaşır.

Yeni qərara əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də fondun vəsaitlərini formalaşdıran dövlət büdcəsinin vəsaitləri hesabına daxil edilib.


OXŞAR XƏBƏRLƏR

Bacısının maşını üçün aldığı hədiyyədən cadu çıxdı – ANBAAN VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.   Sfera.az xəbər verir ki, iddialara görə bacısının maşını üçün aldığı hədiyyədən cadu...

162 milyonluq əsassız ödənişlər aşkarlandı

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 i...

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec...

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...