Ukrayna sülh sammitinin tarixi açıqlandı

Ukrayna sülh sammitinin tarixi açıqlandı

İsveçrə iyunun ortalarında Ukrayna ilə bağlı sülh sammiti keçirməyi planlaşdırır.


Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.


Qeyd olunur ki, tədbirdə Qlobal Güney adlanan 80-dən 100-ə qədər ölkə iştirak edəcək.


Konfransın iyunun 16-17-də baş tuta biləcəyi güman edilir.


Aprelin 7-də Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Kiyev yaxın günlərdə İsveçrə ilə sülh sammitinin tarixi ilə bağlı razılığa gələcək və orada yüzə qədər ölkənin iştirak edəcəyinə ümid edir.
 

İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pier Alain Elchinger isə aprelin 4-də bildirib ki, Ukraynada sülhə yol yaratmaq üçün İsveçrənin müxtəlif baxışları birləşdirməsi vacibdir.


Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna ilə münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlar Kiyevin “sülh formulu” üzrə birinci və ikinci sammitlər arasında aparıla bilər.



Əzizə Zeynal
sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...