Azərbaycanın dövlətçilik tarixi və mədəniyyətinin təbliği ilə bağlı hansı işlər görülür?  

Azərbaycanın dövlətçilik tarixi və mədəniyyətinin təbliği ilə bağlı hansı işlər görülür?  

Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsidir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sahələrdə qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.

 

Sfera.az xəbər verir ki, XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, o cümlədən başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, habelə 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

 

Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin isə təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb.

 

Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. 

 

Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

 

Prezident İlham Əliyevin 2017-ci ildə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqindən də göründüyü kimi, Azərbaycan milli dəyərlərə, mədəniyyətə əsaslanaraq inkişaf edən müasir, dünyaya açıq ölkədir:

 

“Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.

 

Bu nöqteyi-nəzərdən, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər şəklində təmin edilir.Azərbaycanda milli və dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə keçirilən müxtəlif səpkili çoxsaylı tədbirlər Azərbaycan xalqının sahib olduğu tolerantlıq, çoxmədəniyyətlilik dəyərlərinin dövlət səviyyəsində qorunması və təbliği deməkdir.

 

Azərbaycanın dövlətçilik tarixi və mədəniyyəti beynəlxalq səviyyədə və elmi əsasda təbliğ olunur.

 

1991-ci ildə əldə olunan müstəqillik tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı. Ulu öndər Heydər Əliyevin bu sahədə alimlərin fəaliyyətini dəstəkləməsi, elmin bütün sahələrinin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verməyə başladı. Ümummilli liderin də söylədiyi kimi:

 

“Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir”.

 


Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”.

 

        
Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi tarixində ən böyük quruculuq və qayıdış dövrünü yaşayır.

 


Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət müstəqilliyimizin, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

 

Firuzə Əliyeva

 

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...