Rusiyada bənd uçdu, bu şəhər su altında qaldı - FOTOLAR

Rusiyada bənd uçdu, bu şəhər su altında qaldı - FOTOLAR

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində daha bir su bəndi aşıb. 

 

Sfera.az bildirir ki, hadisə Lesotorqovı kəndi yaxınlığında baş verib. Suyun fərdi evlərə çatdığı bildirilib. Məlumata görə, kənd sakinləri təcili olaraq təxliyə olunur.

 

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daşqınlarla bağlı jurnalistlərin suallarını cavablandırıb. “Putin bu səhər qubernatorların daşqın vəziyyəti ilə bağlı hesabatlarını dinləyib. Rusiya prezidenti xüsusi komissiyanın yaradılması barədə göstəriş verib”, - o qeyd edib.

 

Kremlin sözçüsü əlavə edib ki, komissiyaya Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov rəhbərlik edəcək. 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada Ural çayının daşması nəticəsində Orsk şəhərində bənd uçub, minlərlə evi su basıb. İnsanlar məskunlaşan ərazilərdən təxliyə edilib.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...