Allergiya nədir və onu necə müalicə etmək olar?

Allergiya nədir və onu necə müalicə etmək olar?

Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da gətirir. Statistikaya görə, dünyada hər on insandan ikisi bu xəstəlikdən əziyyət çəkir. Yay və payız aylarında baş verən allergik reaksiyaların əlamətləri gözlərin qaşınması, burun tutulması, asqırma və yorğunluqdur.

 

Allergiya ciddi bir problem olmasa da insanların günlük həyat tərzinə mənfi təsir edir. Allergiyanın fizioloji mexanizmi orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da öz növbəsində həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır.

 

Allergiya selikli qişaların güclü qıcıqlanması dəri səpgiləri kimi özünü büruzə verir və ən çox qida məhsulları, bitki mənşəli tozcuqlar və tozlar səbəb olur.

 

Allergiyanı müalicə etmək üçün ilk növbədə, onun hansı mənbədən qaynaqlandığı aşkarlanmalıdır.

 

Allergik xəstəliyə yoluxan insan heyvan bəslənməyən, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında xalı, kilim və ya yumşaq tipli oyuncaqlar olmamalı, allergiya verməyən, yalnız su buxarı və hava keçirən yataq və yorğan üzlüklərindən istifadə olunmallıdır.

 

Bununla bərabər, əgər allergiya hər hansı bir qida ilə bağlıdırsa, həmin qidadan imtina edilməlidir. Açıq hava ilə bağlıdırsa, havaya çox çıxmamaq, qapı və pəncərələri müəyyən müddət bağlı saxlamaq lazımdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...