Gənc qadın doğuşdan sonra nitq qabiliyyətini itirdi, əlil arabasına möhtac oldu - FOTOLAR

Gənc qadın doğuşdan sonra nitq qabiliyyətini itirdi, əlil arabasına möhtac oldu - FOTOLAR

Britaniyalı qadın qeysəriyyə əməliyyatından sonra danışma qabiliyyətini itirib və əlil arabasından istifadə etmək məcburiyyətində qalıb. 


Sfera.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

 

Bir neçə il əvvəl Şimali Yorkşirdən olan 31 yaşlı Leanne Fraser ana olub. Oğlu Henri qeysəriyyə əməliyyatı ilə tam sağlam doğulub, lakin həkimlərin ilkin versiyasına görə Leannenin bədəni anesteziyaya mənfi reaksiya verib. Əməliyyatdan sonra o, funksional nevroloji pozğunluqla üzləşib, ona görə də il yarım normal danışa bilməyib. Belə ki, qadın əvvəlcə danışarkən kəkələməyə başlayıb, sonra isə gənc anada qıcolmalar yaranıb.

 

Qadın iddia edib ki, Piter Andrenin “Sirli qız” mahnısı sayəsində nitqini bərpa edə bilib. O, bu mahnını zümzümə etməyə başlayıb və nəticədə əri və tibb bacısı ilə müəyyən səviyyədə danışa bilib. Leanne indi məşqlərini davam etdirərkən müntəzəm olaraq mahnılardan istifadə edir və hələ də qeyri-epileptik tutmalar kimi digər simptomlarla mübarizə aparır. O, indi qıcolmalar üçün dərmanlar və bel spazmları ilə mübarizə aparmaq üçün ağrıkəsicilər qəbul edir. Bundan əlavə, britaniyalı qadın tez-tez evdə əsadan, çöldə isə əlil arabasından istifadə edir.

 

“Mən gündə bir neçə saat huşumu itirirəm. Yemək bişirə, maşın sürə bilmirəm. 32 yaşımda əlil arabasından istifadə etməli olacağımı heç düşünməzdim. Bu, yorucudur", - Leanne etiraf edib.

 

İnci

 

 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...