Komitə sədri təyin edilən Ramin Məmmədov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, Ramin Ələmşah oğlu Məmmədov Dövlət Komitəsinin sədri təyin edilib.
Sfera.az bildirir ki, Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.
R.Məmmədov indiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir. O həm də, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Evlidir, 1 övladı var.
Türkan