"Mənasız savaşların bizə heç bir faydası yoxdur" - Makqreqor ABŞ-nin xarici siyasətini TƏNQİD ETDİ

Siyasət
12:15 / 08.04.2024
3117
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ-nin xarici siyasəti ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Duqlas qeyd edib ki, ABŞ başqa ölkələrə hərbi müdaxilə edərək əslində özünə zərər verir:
“Amerikalılar özümüzə zərər verən bu mənasız və axmaq hərbi işğallardan bezməyə başlayırlar. Bu savaşlar bizə heç bir fayda gətirmir. Əksinə, xalqın ölkənin dövlət borcunu artıran bu cür hərəkətlərdən narazılığı artır”.
Makqreqor vurğulayıb ki, son iyirmi ildə ABŞ-nin dövlət borcu bu mənasız hərbi avantüralar nəticəsində 14 trilyon dollar artıb.
Günay