Ramazanın sonuncu günü fitrə zəkatı vermək olarmı? - AÇIQLAMA

Ramazanın sonuncu günü fitrə zəkatı vermək olarmı? - AÇIQLAMA

İslama görə Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bu il aprelin 10-da Azərbaycanda Ramazan bayramının namazı qılınacaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır və dinimizə görə hər bir müsəlman fitrə zəkatını verməlidir:

 

“Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzaqın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Fitrə zəkatı ərzaqla verilməlidir yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər”.

 

C.Məmmədov bildirib ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər:

 

“Fitrə zəkatı verilən insan nəyə daha çox ehtiyacının olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...