Dünyada qəhvə BAHALAŞDI - SƏBƏB

Dünya
12:00 / 08.04.2024
3154
Kofelərin qiyməti son 1 həftədə 20 faiz artıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qiymətin bahalaşmasına əsas səbəb Braziliyada baş verən quraqlıqdır.
Belə ki, Braziliya bu içkinin istehsalına görə dünyada liderdir. Buna görə də həmin ölkədə baş verən istənilən təbii fəlakət məhsulun qiymətinə təsir edir.
Qiyməti daha sürətlə bahalaşan qəhvə növü əsasən arabikadır. İndi dünya bazarında kofenin arabika növünün bir kiloqramı 2700 dollardan baha satılır. Bir qədər ucuz olan Robusta növlü kofenin tonu isə 1800 dollardan bahadır.
Braziliyada quraqlıq və istilərin davam edəcəyi proqnozlaşdırılır. Qəhvənin qiymətinin yaxın vaxtlarda ucuzlaşacağı gözlənilmir.
Firuzə Əliyeva