Rusiya azərbaycanlıların televiziya kanalı dövlət qeydiyyatından keçib

Rusiya azərbaycanlıların televiziya kanalı dövlət qeydiyyatından keçib

Rusiyada azərbaycanlıların televiziya kanalı qeydiyyatdan keçib.

 

Sfera.az  xəbər verir ki, APA-nın Moskva müxbiri xəbər verir ki, "Livetvaz" adlı Rusiya Azərbaycanlılarının telekanalı Rabitə, İnformasiya Texnologiyaları Kütləvi Kommunikasiya sahəsinə nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) tərəfindən 5 aprel 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.

 

Telekanalın rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü, Birinci Qarabağ müharibəsi veteranı Rafiq Əliyev APA-nın Moskva müxbirinə açıqlamasında "Livetvaz" -ın əsas məqsədinin Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı məlumatları rus dilində Rusiya auditoriyasında çatdırmaq olduğunu söyləyib: "Rusiyada milyondan çox azərbaycanlı yaşayır. Bizim öz televiziya kanalımızın olması çox önəmli hadisədir. Rusiya qanunvericiliyində edilən son dəyişikliklər səbəbindən telekanalı qeydiyyatdan keçirmək çox mürəkkəb prosesdir. Çox çətinliklə də olsa, biz" "Livetvaz" -ı dövlət qeydiyyatından keçirə bildik. Hələlik ancaq internet üzərindən yayımlanırıq. "Livetvaz" Rusiya telekanalıdır, Rusiya azərbaycanlılarının televiziya kanalıdır. Təbii ki, Rusiya qanunlarına əsasən fəaliyyət göstərəcəyik. Azərbaycan filmlərini rus dilində, Rusiya filmlərini Azərbaycan dilində dublyaj edib yayımlamağı qarşımıza vəzifə qoymuşuq. Artıq belə bir təcrübəmiz var, iki filmi dublyaj etmişik. Bundan başqa, "Livetvaz" -ın Rusiyada kabel televiziyaları və İPTV operatorlarında Rusiya telekanallarının siyahısına qoşulması ilə bağlı danışıqlar aparırıq".

 

R. Əliyev telekanalın artıq test rejimində fəaliyyətə başladığını, iki dildə, Azərbaycan və rus dillərində yayımlandığını, çox yaxşı monitorinq nəticələri göstərdiyini əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...