CAR-ın Azərbaycanda səfirliyi açılacaq

CAR-ın Azərbaycanda səfirliyi açılacaq
 
Azərbaycan və CAR kimi gənc demokratik ölkələr bir yerdə çalışmalı və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməlidir.

Sfera.az-ın məlumatına görə, bu sözləri CAR-ın xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane deyib. Onun sözlərinə görə, hər iki ölkə siyasi məsləhətləşmələri genişləndirmək niyyətindədir:

"Azərbaycan və Cənubi Afrika bir sıra sahələr, o cümlədən aviadaşınma sahəsi üzrə 7 memorandum imzalamağa hazırdır. Ölkəmiz Azərbaycanla diplomatik məsləhətləşmələrin dövlətlərarası səviyyəyə qədər artırılmasında maraqlıdır. Odur ki, bu səfərin müsbət nəticələri var. Bu nəticələr üzərində işi davam etdirmək lazımdır”.

CAR-lı nazir Cənubi Afrikanın Bakıda diplomatik missiya açmağı planlaşdırdığını da diqqətə çatdırıb. 


OXŞAR XƏBƏRLƏR