“Araz-Naxçıvan” baş məşqçisi ilə yollarını ayırıb

“Araz-Naxçıvan” baş məşqçisi ilə yollarını ayırıb

“Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Report”a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

 

Onun sözlərinə görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib: “Dünənki oyundan sonra rəhbərliyin görüşü oldu, müzakirə aparıldı. Qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarımızı ayırmaq qərarına gəldik”.

 

İcraçı direktor komandanın son vaxtlar Premyer Liqadakı nəticələrinin istefaya səbəb olduğunu gizlətməyib: “Komandanın son durumu məlumdur. Mövsümə yaxşı başlamışdıq. Lakin son vaxtlar “qara zolağ”a düşdük. Uzun müddət vəziyyətdən çıxmağa çalışdıq. Sonda yolların ayrılması məqsədəuyğun bilindi”.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...