MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb - VİDEO

MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb - VİDEO

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayır.

 

Agentlikdən Sfera.az-a bildiriblər ki, mühazirələrin keçirilməsində əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaqdır. Videoformatda keçirilən mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil ediləcək.

 

İlk mühazirəni oxuyan şərqşünas alim, “Quran-i Kərim”in Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib. O bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir. “Quran-i Kərim”in ayələrinə istinad edən professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsinin əhəmiyyətini vurğulayıb. Mühazirəçi israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulara aydınlıq gətirib.

 

Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyacaq.

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...