Polşada təyyarələr Rusiyaya görə səmaya QALXDI: "Bu gecə..."

Siyasət
13:10 / 06.04.2024
4974
Polşa təyyarələri səmaya qalxıb.
Sfera.az bildirir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X” sosial şəbəkəsində paylaşım edib. Qeyd edilib ki, buna səbəb Ukraynadakı intensiv hücumlar olub.
“Polşa və müttəfiqlərinin təyyarələri hava məkanımızda işləyir. Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti var”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Varşava vaxtaşırı Rusiyanın Ukrayna sərhədi ərazisinə hücumlarına cavab olaraq hava qüvvələrini işə salır. Polşa təyyarələri sonuncu dəfə martın sonunda havaya qalxıb.
Günay