"Sülhdən yayınır, sabitliyi pozur" - Ermənistanın son addımları necə nəticələnəcək? 

“Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır”.

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, amerikalı analitiklərin belə qənaətə gəlməsi diqqətçəkən haldır. Ekspertin sözlərinə görə, Vaşinqton adətən Ermənistanla Azərbaycan arasında baş verən proseslərə birincinin maraqları kontekstindən yanaşır.

 

“Son zamanlar Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın şərti sərhədə qoşun yığması ilə bağlı müntəzəm məlumat yayır. Həmçinin müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bundan başqa, rəsmi İrəvan işğal altındakı səkkiz kəndin taleyi məsələsini gündəmdən çıxarmağa çalışır. Baş verən proseslər onu deməyə əsas verir ki, doğrudan da, Ermənistan regionda yenidən “suları bulandırmağa” çalışır. Əslində Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrelin iştirakı ilə aprelin 5- də Brüsseldə keçirilmiş görüş ərəfəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi”.

 

Müsahibimiz bildirib ki, Brüssel görüşü bölgədəki siyasi və hərbi vəziyyətə də təsir edəcək:

 

“Çox güman, İrəvan yaxın günlərdə yenidən sülh gündəliyindən yayınmağa çalışacaq, hərbi təxribatlara əl atacaq. Bu isə Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə nəticələnə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...