Ezamiyyə xərcləri artırıldı - Deputatdan AÇIQLAMA

Ezamiyyə xərcləri artırıldı - Deputatdan AÇIQLAMA

Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq yeni, artırılmış normalar qüvvəyə minib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Qərara əsasən, ezamiyyə norması Bakı şəhərində 125 manat (əvvəl 90 manat), Gəncə, Sumqayıt şəhərlərində 95 manat (əvvəl 70 manat), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat (əvvəl 65 manat), Naxçıvan şəhərində isə 100 manat (əvvəl 70 manat) müəyyənləşib. Xarici səfərlər zamanı dollarla ən yüksək Nyu York şəhərində (450 dollar), avro ekvivalentində isə İsveçrənin Bern, Cenevrə və Sürix şəhərlərində (330 avro) ödəniləcək. 5 ildən çox müddət idi ki, Azərbaycanda ezamiyyə xərc normaları dəyişdirilmirdi. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə, xüsusən də 2022 və 2023-cü illərdə yüksək inflyasiya qeydə alınıb. Bu baxımdan, belə bir qərarın qəbuluna ehtiyac var idi”.

 

Deputat qeyd edib ki, ezamiyyə normalarının illik inflyasiya göstəricisinə indeksləşdirilərək artırılması daha məqsədəuyğun olardı.

 

“Bu normaların reallığının qorunub saxlanmasına imkan yaratmaqla ezamiyyə gedən vətəndaşlar üçün əlavə xərcləmələrin yaranmasnın qarşısını almaq olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycana yarım tonluq kosmik gəmi düşəcək

Yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək.   Sfera.az “BBC”yə istinadən xəbər ve...

Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkında dünyaya gələn şir balasını bəsləy...

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...