Cennifer Lopezin konsert turuna bilet satışı zəiflədi - SƏBƏB

Cennifer Lopezin konsert turuna bilet satışı zəiflədi - SƏBƏB

Cennifer Lopezin Ben Affleklə yenidən qovuşması və sevgilərinə həsr etdiyi "This Is Me... Now" albomu dinləyicilər tərəfindən soyuqqanlı qarşılanıb. Albom “Billboard 200”sıralamasında 38-ci yeri tutub.

 

Sfera.az bildirir ki, bu sənətçinin doqquz albomundan ilk 10-luğa daxil olmayan ikinci albomudur. Bu, eyni zamanda beş il ərzində ilk dəfə ölkə daxilində eyni adlı qastrol səfərinə hazırlaşan C.Lonu çox məyus edib.

 

Təkcə ötən avqustda Klivlend, Raleigh, Nashville, Atlanta, Tampa, Yeni Orlean və Hyustonda bilet satışının zəif olması səbəbindən yeddi tur tarixi ləğv edilib. Bu baxımdan Lopez həm turun adını, həm də repertuarını dəyişmək məcburiyyətində qalıb. Tur çərçivəsində konsertlərə pərəstişkarlarını cəlb etmək üçün Lopez repertuarına təkcə yeni albomun mahnılarını deyil, həm də zamanın sınağından keçmiş və ictimaiyyət tərəfindən sevilən ən möhtəşəm hitlərini əlavə edib. 


Mənbələr daha əvvəl “Billboard”a qrafik problemlərinə görə tarixlərin dəyişdirildiyini bildirib. Buna baxmayaraq, konsert turuna yeni şoular əlavə edilib və tezliklə elan olunacağı bildirilib. 

 

Qeyd edək ki, Lopezin "This Is Me... Now" adlı albomun istehsalına müğənni 20 milyon dollar xərcləyib. Bu, üç hissəli özünü maliyyələşdirən layihənin bir hissəsidir. Layihəyə həmçinin “Bu Mənəm... İndi: Bir Sevgi Hekayəsi” və “Heç vaxt danışılmamış ən böyük sevgi hekayəsi” adlı sənədli filmlər də daxildir. Hər iki film Sevgililər Günündə işıq üzü görən albomla birlikdə fevral ayında “Amazon Prime” Video axın xidmətində yayımlanıb.

 

30 konsertdən ibarət olacaq tur iyunun 26-da Orlandoda “Kia” Mərkəzində başlayıb və əsasən ABŞ-ı əhatə edəcək. Kanadada da iki konsert planlaşdırılır: Torontodakı “Scotiabank Arena”(2-3 avqust) və Monrealdakı “Bell” Mərkəzində (5 avqust).

 

Tur Bostonda (7 avqust), Elmontda (9 avqust), Nyuarkda (10 avqust), Filadelfiyada (13 avqust) və Vaşinqtondakı (14 avqust) çıxışlarla Şərq Sahilində yekunlaşacaq.

 

Son iki konsert 16 və 17 avqustda Nyu-Yorkun məşhur “Madison “Square Garden”ində baş tutacaq.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR