30 il əvvəl vəfat edən məşhur müğənninin faciəsi - FOTO

Bu gün 27 yaşında intihar edən “Nirvana” qrupunun solisti Kurt Kobeynin bu günə qədər də müzakirələrə səbəb olan faciəli ölümündən 30 il ötür.
Sfera.az bildirir ki, indiyə qədər pərəstişkarları, dostları və detektivlər müğənninin ölümünə müxtəlif səbəblər göstərirlər.
Ölümü zamanı müğənni həm şəxsi həyatında xoşbəxt, həm də karyerasının zirvəsində idi. Dünya sanki onun idi: 59 yaşlı müğənni Kortni Lav ilə evlənmişdi, səkkiz aylıq qız atası idi və hitparadlarda ən ilk sıralarda olan albomunu buraxmışdı. Amma müğənni intihar edərək bütün heyranlarını və musiqisevərləri yasa boğdu.
Kurtun ölümündən keçən otuz il ərzində musiqi həvəskarları onun intiharının təfərrüatları ilə maraqlanmağa davam edirlər. Onun ölümü ilə bağlı bir çox fərziyyələr, sui-qəsd nəzəriyyələri formalaşdı. Keçən il Kurtun ölümü ilə bağlı yeniliklər yenidən “Nirvana” pərəstişkarlarının müzakirələrinin alovlanmasına səbəb oldu. ABŞ-ın kəşfiyyat agentliyi (Federal Təhqiqat Bürosu) ulduzun ölümü ilə bağlı yeni təfərrüatların olduğunu təsdiqlədi.
2021-ci ilin aprelində FBİ Kurt Kobeynlə bağlı əllərində olan dosyeni və məzmununu ictimaiyyətə açıqladı. Jurnalistlərin fikrincə, bu fayl Kurtun faciəvi ölümünün təfərrüatları ilə bağlı yeni nəzəriyyələrə və fərziyyələrə səbəb olub. Dosye Kurtun ölümünün intihar olmadığına dair şübhələrə əsas verib.
Pərəstişkarları Kurtun intihar qeydinin də şübhəli olduğunu düşünürdülər. Sonuncu abzas fərqli olduğundan o, birdən çox adam tərəfindən yazılmış kimi görünürdü.
Kurt reabilitasiya mərkəzində müalicə alırdı, lakin 1994-cü il aprelin 1-də mərkəzi tərk etmişdi. Ertəsi gün o, Sietldəki silah mağazasına gedib və oradan ov tüfəngi mərmiləri alıb. Taksi sürücüsü ondan niyə ov tüfəngi mərmisi aldığını soruşduqda müğənni ona evinin qarət olunacağından qorxduğunu deyib.
Kobaynin cəsədinin tapıldığı yer
Altı gün sonra Kurtun cəsədi Sietldəki evinin qarajının üstündəki otaqda tapılıb. Onun cəsədini təhlükəsizlik kamerası quraşdırmağa gələn elektrik ustası aşkar edib. Əvvəlcə müğənninin sadəcə yatdığını düşünsələr də, sonra qan görüblər. Cəsədin yanındakı gül dibçəyində intihar məktubu aşkar edilib.
Musiqiçi həmkar dostu Dilan Karlsona məxsus ov tüfəngi ilə özünü güllələyib. Daha sonra Kurtun Karlsondan silahı almasını istədiyi barədə şaiyələr dolaşmağa başlayıb. Çünki Kurt silahı özü alsa, polisin onu müsadirə edəcəyindən qorxurdu.
Polis ölümün güllə ilə intihar olduğuna qərar verib. Bundan əlavə, məhkəmə-tibbi ekspertiza zamanı Kobaynin qanında morfin, həmçinin Valium aşkar edilib.
"Nirvana"nın solisti intihar qeydi buraxaraq onu çiçək qabına yapışdırıb. Qeyddə: “Mən yaxşı işləyirəm, çox yaxşıyam və hər kəsə minnətdaram, lakin yeddi yaşımdan bəri ümumilikdə bütün insanlara nifrət hissi keçirməyə başlamışam.... Son illərdə göndərdiyiniz məktublara, diqqət və qayğınıza görə hamınıza təşəkkür edirəm. Mən çox qeyri-sabit və şıltaq bir uşağam! Artıq həyat eşqim sönüb. Ona görə də: yavaş-yavaş sönməkdənsə, birdəfəlik yanmaq daha yaxşıdır” - yazılıb.
FBİ-nin Kurtun ölümü ilə bağlı faylı yaymasından başqa, fanatların Kobaynin öldürülməsindən şübhələnmək üçün başqa səbəbləri də var idi. Jurnalist Riçard Li ulduzun ölümündən bir həftə sonra “Kurt Kobayn öldürüldü” adlı veriliş yayımlamağa başlayıb. Li öz hesabatlarında müğənninin ölümü ilə bağlı xəbərlərin doğruluğundan şübhələrini dilə gətirib. Onun fikrincə ölüm yerində başına güllə yarası almış birinə görə, kifayət qədər qan tapılmadığı müəmmalı idi. Patoloqlar isə Linin nəzəriyyəsini inkar edirlər.
Kurtun həyat yoldaşı Kortni Lav tərəfindən tutulan özəl detektiv ölümlə bağlı yalan, məntiqsizlik, ziddiyyətlər və saysız-hesabsız uyğunsuzluqların olduğuna dair sübutlar tapıb. Onun fikrincə Kurtun bədənində tapılan heroin miqdarı elə bir dozada olub ki, onu qəbul etdikdən sonra bir insan özünü qətiyyən vura bilməz.
Lakin polis Qrantın iddiasını təkzib edib:
“Qrant bizə bunun intihardan başqa bir şey olduğuna dair zərrə qədər dəlil verə bilmədi."
Bir sıra digər müstəntiqlər və fanatlar da Kurtun ölümü ilə bağlı sui-qəsd nəzəriyyələri irəli sürürdülər. “Nirvana” qrupunun rəhbəri Kris Novoselik mərhum dostunun ölümünün intihar olduğundan əmin idi. Onun sözlərinə görə, Kurt daim intihar etmək niyyətində idi. 2023-cü ildə “Reddit” platformasında dərc olunan paylaşımında o, yazırdı: "Cinayətə dair real dəlilləri olduğuna inanan hər kəsdən polisə müraciət etmələrini xahiş edirəm. Kurtun intihar etdiyinə əmin olmağımın səbəblərindən biri də onun ov tüfəngi almasıdır. Yaxın dostu kimi deyə bilərəm ki, Kurtun quş və dələ ovuna marağı yox idi. O, bu odlu silahı intihar vasitəsi kimi alıb. Bu intihar haqqında əlavə şərhlər və dedi-qodular məntiqsizdir”.
Aysel
Sfera.az