1500 nəfər bir kruiz gəmisində necə əsir kimi qaldı?

1500 nəfər bir kruiz gəmisində necə əsir kimi qaldı?

Lüks kruiz gəmisində 1500 nəfər günlərdir sanki əsir götürülüb. 

 

Sfera.az bildirir ki, 69 boliviyalı Şengen zonasına daxil olmaq üçün lazımi viza sənədlərini ala bilmədiyi üçün şirkət gəmidə olan sərnişinlərin hamısını saxlamağa məcbur olur. Versiyalardan birinə görə, sərnişinlər Cənubi Amerikadan olan bir turizm şirkəti tərəfindən dələduzluğun qurbanı olublar.

 

Braziliyadan Aralıq dənizinə gedən gəminin hələ də Barselona limanında (İspaniya) yanalmada dayandığı və yerli hakimiyyət orqanlarının vəziyyəti həll etməyə çalışdığı bildirilir.

 

Rəsmi açıqlamada “MSC Cruises” izah edib ki, əvvəlcə bütün sərnişinlərin viza sənədlərinin düzgün şəkildə doldurulduğunu və lazımi səyahət tələblərinə cavab verdiyini güman ediblər. Lakin diqqətlə yoxlandıqdan sonra bəzi səyahətçilərin vizalarının giriş üçün etibarlı olmadığı məlum olub.


"Nəticədə sərnişinlərin son təyinat məntəqəsi olan Barselonada enməsinə icazə verilməyib" - bəyənatda deyilir.

 

Adının açıqlanmasını istəməyən bir Boliviyalı sərnişin, vizasının etibarlı və səyahət üçün uyğun olduğuna dair turizm agentliyinin verdiyi zəmanətə baxmayaraq, ona cinayətkar kimi davranıldığını bildirir.

 

Səyahətçilərdən bəziləri hətta saxtakarlığın qurbanı olduqlarını da iddia edir. Cənubi Amerikadakı bir turizm agentliyi müştərilərə viza verməyi təklif edib və bunun üçün 10 min dollara qədər pul alıb.

 

Səlahiyyətlilər araşdırmanı başa çatdırana qədər kruiz gəmisinin limanda qalacağı gözlənilir.

 

Qeyd edək ki, bu, son iki gündə ikinci kruiz gəmi qalmaqalıdır. 

 

Bundan əvvəl, aprelin 2-də Norveç kruiz gəmisində səkkiz sərnişinin başına inanılmaz macəra gəlib. Gəmi Afrikanın San-Tome adasında dayanıb. Bir qrup turist gəmiyə geciksə də, kapitan onları gözləməyib. Səyyahlar, o cümlədən hamilə qadın və ürək xəstəsi olan yaşlı kişi pul, əşya və vacib dərmansız qalıb.

 

Səyyahlar adada gəziblər, geri qayıtmaq istəyərkən "sürpriz maneələrlə" qarşılaşıblar. Bələdçi kapitanla əlaqə saxlayıb, gecikmə barədə məlumat versə də, kapitan gözləməkdən imtina edib və onlarsız səyahətə davam edib.

 

Xoşbəxtlikdən Cənubi Karolinadan olan həyat yoldaşları Jill və Jay Campbellin yanlarında Visa kartı olub. Buna görə də bütün qrup üçün acından ölməmək və digər ehtiyaclar üçün 5 min dollardan çox pul ödəməli olublar.

 

Kruiz xətti isə səyahət edənlərin vaxtında gəmiyə qayıtmaq üçün məsuliyyət daşıdığını və bundan sonra ən yaxın limana çatmaq üçün bütün nəqliyyat xərclərini özləri qarşılamalı olduğunu bildirib.

 

"Geri qayıtma vaxtı interkom vasitəsilə, gündəlik mesajlarla bildirilir və gəmini tərk etməzdən əvvəl səsgücləndirici ilə elan edilir" - deyə şirkətin sözçüsü bildirib. 


“Norwegian Cruise” həmçinin sərnişinlərlə əlaqə saxladığını və bu vəziyyəti yerli qanunlara və viza qaydalarına uyğun olaraq həll etmək üçün hər cür səy göstərdiyini bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR