BMT iclası zəlzələyə görə dayandırıldı

BMT Təhlükəsizlik Şurasının (TŞ) sessiyası dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında hiss edilən zəlzələ səbəbindən qısa müddətə yarımçıq qalıb.
Sfera.az xəbət verir ki, bu barədə TASS məlumat yayıb.
Natiqlərdən birinin çıxışı zamanı sarsıntılar hiss olunub və məruzəçi qurumun prezidenti, Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzerdən danışmağı dayandırmağı xahiş etmək üçün onun sözünü kəsib. Təxminən bir dəqiqəlik fasilədən sonra görüş davam edib.
Bundan əvvəl Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ABŞ-ın Nyu-York şəhəri yaxınlığında 5,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi.
Seysmoloqların məlumatına görə, zəlzələ ABŞ-nin Nyu-Cersi ştatının Edison şəhərindən 46 kilometr şimal-qərbdə baş verib. Ocaq 10 kilometr dərinlikdə yerləşib.
İnci
Sfera.az