Blinken: "İsrail döyüş üsullarını düzəltməyə razılaşıb"

Blinken:

ABŞ dövlət katibi Entoni Blinken cümə günü bildirib ki, Qəzza zolağında "World Central Kitchen" (WCK) könüllülərinə hücumdan sonra İsrail fələstinli mülki yardım işçilərinin müdafiəsini təmin etmək üçün döyüş üsullarını düzəltməyə razılaşıb.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Netanyahu prezident Co Baydenə bildirib ki, İsrail Qəzza zolağında ehtiyacı olanlara yardım göstərənlərin müdafiəsini təmin etmək üçün öz prosedurlarında əlavə dəyişikliklər etmək niyyətindədir.


ABŞ dövlət katibi Entoni Blinken vurğulayıb ki, Vaşinqton İsrail tərəfinin WCK əməkdaşlarına hücuma görə "tam məsuliyyəti öz üzərinə götürməsini" vacib sayır.
 

“Bundan əlavə, ölkənin günahkarların məsuliyyətə cəlb edilməsi üçün addımlar atması vacibdir. Lakin bunun gələcəkdə bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsini təmin etmək daha vacibdir”, - Amerika diplomatiyasının rəhbəri bildirib.



İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR