"Lyon"un futbolçusu Səudiyyə Ərəbistanının HƏDƏFİNDƏ

Səudiyyə Ərəbistanı klubları "Lyon"un hücumçusu Aleksandr Lyakazettlə maraqlanıb.

 

Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bir neçə klubu artıq fransız forvardın nümayəndələri ilə əlaqə saxlayıb. Lakin bu klubların adları dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, Lakazettinin "Lyon" klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

 

Xatırladaq ki, futbolçu 341 matçda 176 qol vuraraq "Lyon" tarixində ikinci bombardir adını qazanıb. Cari mövsümdə isə o, 27 oyunda 16 qol vurub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR