Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı oturaq həyat tərzindən UZAQLAŞDIRIN -  FƏSADLARI AÇIQLANDI

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı oturaq həyat tərzindən UZAQLAŞDIRIN -  FƏSADLARI AÇIQLANDI

İngiltərədə aparılan bir araşdırma uşaq vaxtından oturaq həyat tərzi keçirməyin damar sərtliyini artıra biləcəyini göstərib.

 

Sfera.az xəbər verir ki, Oksford, Bristol və Exeter universitetləri ilə Şərqi Finlandiya Universitetinin alimlərinin birgə apardıqları araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub.

 

Bu çərçivədə 13 il ərzində 1339 nəfərin damar sərtliyi dövri olaraq yoxlanılıb. Tədqiqatda alimlər müəyyən ediblər ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması arterial sərtləşməni təxminən 10 faiz artırıb.

 

Digər tərəfdən, araşdırmada yaşlanmanın da arterial sərtliyi artırdığı, bunun da gənclərdə gənc yaşda ölüm riskini yüzdə 47 faiz artırdığı vurğulanıb.

 

Bundan əlavə, araşdırma gündə ən azı 3 saat yüngül fiziki fəaliyyətin damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə biləcəyini ortaya qoyub.

 

Şərqi Finlandiya Universitetində doktor Andryu Agbaje sözügedən tədqiqatın əvvəkilərdən daha ciddi nəticə ortaya qoyduğunu bildirib: "Bizim tədqiqatlar uşaqlıqda hərəkətsizliyin sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha təhlükəli olduğunu vurğulayır".

 

İnci


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...