"Bu, "Mançester Siti"yə uğur gətirir" - Erlinq Haaland

İdman
16:40 / 05.04.2024
5794
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə komandasına uğur gətirən ritualdan danışıb.
Sfera.az bildirir ki, futbolçu komandanın Bonsai ağacından enerji aldığını iddia edib:
“Bonsai ağacını sulamaq və işığına diqqət etmək lazımdır. Komanda ondan enerji alır”.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm norveçli bütün yarışlarda 35 matçda iştirak edib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.
Hazırda 30 görüşdə topladığı 70 xalla "Mançester Siti" Premyer Liqa cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Fatimə Lətif