"Hamam ərimiş, uşaqlarla ananın cəsədi divara yapışmışdı..." - 1 ailənin kül olduğu FACİƏ VİDEODA
Cəmiyyət
13:30 / 29.11.2016
11358
Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli yanğın hadisəsi baş verib.
Yanğın zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Bina sakinlərinin qafqazinfo.az-a bildirdiyinə görə, yanğın zamanı 3 ev yanıb: "Saat 3-ün yarısı olardı. Hər yeri tüstü, duman bürüdü. Qapıbir qonşumuz idi. Çox gözəl ailə idi. Külək yanğını mənim evimə vurdu, canımızı zorla çıxardıq. Onlar qurtula bilmədi”.
Yanğın vaxtı ailə qorxusundan hamama qaçıb. Qonşuların dediyinə görə, hamam lambir olduğu üçün hər yer əriyib. Uşaqlar və qadın burada hamam divarına yapışıb.