Altı əsas ştatda Tramp Baydeni üstələyir - ABŞ-də sorğu NƏTİCƏLƏRİ

ABŞ-nin ən nüfuzlu qəzetlərindən olan "Wall Street Journal"ın dərc etdiyi sorğu seçki öncəsi yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, 2024-cü ilin noyabr seçkilərinə aylar qaldığı halda qəzet ABŞ-nin keçmiş Prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampı 6 əsas ştatda lider kimi göstərib. Bu ştatlar 2020-ci il seçkilərində Baydenə prezidentliyi gətirib. Yeni sorğulara görə, Tramp indi prezidentliyi Baydenin əlindən ala bilər.
Sorğunun nəticələrinə əsasən, Tramp bu ştatları 2-8 xalla qazanır. Həmin 6 ştatdan biri olan Viskonsin mühüm ştatlar arasında 7-ci yerdədir. Burada yarışın rəqabətli olacağı düşünülür. Sorğunun nəticələrinə görə, Bayden bu ştatda 3 xal öndə olacaq.
Prezident Co Baydenin mümkün məğlubiyyətinin səbəbi ABŞ iqtisadiyyatının gedişatıdır. Bayden hökuməti artım rəqəmlərinin yüksəldiyini elan etsə də, seçicilər buna inanmır və inflyasiyanın artmasından şikayətlənirlər. Sorğuya görə, Baydenin işini müsbət hesab edənlər 16 bal azdır. Lakin 4 ştatda bu, 20 bala qədər yüksəlir.
Sorğu nəticələrinin Baydenin yaşı ilə də əlaqəsi var. Sorğuda iştirak edənlərin 48 faizi Trampı fiziki və əqli cəhətdən daha sağlam hesab edirlər.
Əzizə Zeynal