Balakəndə AVTOMOBİL QƏZASI - 8 yaşlı uşaq öldü

Balakəndə AVTOMOBİL QƏZASI - 8 yaşlı uşaq öldü

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

 

Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Araşdırma aparılır.

 

Günay


OXŞAR XƏBƏRLƏR