Sağlam iş mühiti necə qurulmalıdır? – Mütəxəssisdən AÇIQLAMA 

Sağlam iş mühiti necə qurulmalıdır? – Mütəxəssisdən AÇIQLAMA 

İnsanların çoxu günün əsas hissəsini işdə keçirir. Hər bir işçi çalışır ki, işdə keçirdiyi zamanı stressiz başa vursun. Məhz bu baxımdan sağlam iş mühitinin olması çox önəmlidir.

 

Bəs sağlam iş mühiti necə qurulmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan İnsan Resursları üzrə mütəxəssis İlhamə Məmmədova bildirib ki, hər bir rəhbər işçilər üçün sağlam mühit yaratmağa çalışmalıdır.

 

“Rəhbər şəxslər işçilərinin həm fiziki, həm də zehni olaraq sağlam qalmaları üçün əlindən gələni etməlidir. Bunun üçün əsas vacib amillərdən biri açıq ünsiyyəti təşviq edən iş mühitinin yaradılmasıdır. Açıq ünsiyyət dedikdə, işçi ilə rəhbər arasında ikitərəfli dialoqun aparılmasıdır. İşçilər və rəhbərlər mütəmadi olaraq bir-birləri ilə ünsiyyətdə olmalıdırlar. İçşilər iş yerində üzləşdikləri problemlər barədə birbaşa rəhbər şəxslər ilə danışmalıdırlar. Sağlam iş mühiti üçün vavib addımlardan biri də komandalar arası münasibətlərin normallaşdırılmasıdır. Hər bir şəxs və yaxud komanda öz iş bölgüsü barədə əvvəlcədən məlumatlandırılmalıdır. Bundan əlavə, işçilər arasında təlimlərin keçirilməsi onların peşəkar iş münasibətlərinin formalaşmasında böyük rol oynayır. İşəgötürən çalışmalıdır ki, maksimum stressiz və ürəkaçan iş mühiti formalaşdırsın. İşçi onsuz da işə gələnə qədər bir sıra gərgin proseslərdən keçir. Buna ictimai nəqliyyatın tıxacını nümunə göstərmək olar".

 

İlhamə Məmmədova qeyd edib ki, sağlam iş mühiti yaradıldıqdan sonra işçinin ərsəyə gətirdiyi işin səmərəliliyi artır.

 

“Həmçinin işçilər arasında sağlam həyat tərzi təbliğ edilməlidir. Yəni işəgötürən, işçinin həm işə, həm də şəxsi həyatına ayırdığı vaxtın balanslaşdırılmasına nail olmalıdır. Bəzən işçilərdən əlavə iş də tələb olunur. Bu da özlüyündə həmin işə artıq vaxtın sərf edilməsinə səbəb olur. İşçilər məzuniyyət hüququndan tam istifadə etməlidir. Digər faydalı amil isə işçilər üçün tibbi siğortanın təmin olunmasıdır. Tibbi siğorta onların öz sağlamlıqlarının qayğısına qalmağa yardımçı olan vasitələrdən biridir. Eyni zamanda, işçilər arasında ədalətli bölgü olmalıdır. Hər bir işçinin iş yükü eyniləşdirilməlidir. Bu zaman iş mühiti və münasibətlər daha sağlam olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...