Nəqliyyatın hərəkətinə təhlükə yaradan sürücülər MÜƏYYƏN OLUNDU

Nəqliyyatın hərəkətinə təhlükə yaradan sürücülər MÜƏYYƏN OLUNDU

Sumqayıtda təkəri yerində olmayan qəzalı yük avtomobilinin nəqliyyatın intensiv hərəkət etdiyi yolda yedəyə alınaraq təhlükəli üsulla daşınması ilə bağlı sosial mediada videogörüntülər yayılıb.

 

Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Sfera.az-a verilən məlumata görə, yayılan videogörüntü araşdırılıb.

 

Belə ki, nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də nasaz avtomobili yedəyə alaraq təhlükəli üsulla daşıyan sürücülər müəyyən olunub. Qurumdan bildirilib ki, sözügedən şəxslər barədə qanunvericiliyə uyğun tədbir görülüb.

 

“Üzləşdiyi problemi başqalarına təhlükə yaratmaqla aradan qaldırmağa çalışan “ZİL” sürücüsünün bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir və ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”, - məlumatda qeyd edilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...