Alman polisi Ukraynalı kosmetoloqun səs-küylü qətlinin üstünü açdı - FOTO

Alman polisi Ukraynalı kosmetoloqun səs-küylü qətlinin üstünü açdı - FOTO

Almaniyada hüquq-mühafizə orqanları əməkdaşları ukraynalı qadının qətlinin üstünü açıblar. Üç il əvvəl Berlində mənzildə üzərində zorakılıq və qeyri-təbii zorlama əlamətləri olan qadın meyiti tapılmışdı.


Sfera.az xəbər verir ki, qadını mənzilin ətrafında ona kömək edən kişinin öldürdüyü məlum olub.

 

Bu müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları 100-ə yaxın insandan DNT analiz nümunələri götürüblər.

 

Qeyd edək ki, Oksana Romberq Kiyevdə anadan olub, sonra Almaniyaya köçüb. Almaniyada məşhur kosmetoloq olan qadın 2011-ci ildə Berlində “Bonadea” salonunubaçıb. Bir çox alman ulduz ukraynalı kosmetoloqun müştəriləri olub.

 

1 aprel 2021-ci ildə Oksana Berlinin qərbindəki Kurfürstendammdakı mənzilində ölü tapılıb. Qadının bədənində zorakılıq izləri və qeyri-təbii zorlama əlamətləri aşkar edilib. Onun başında və bədəninin yuxarı hissəsində ciddi xəsarətlər olub və müstəntiqlər cinayət yerində daşlar aşkar ediblər. Həmçinin mənzildən 5 min avro yoxa çıxıb.

 

Bu yaxınlarda isə polis Oksana Romberqi qətlə yetirməkdə şübhəli bilinən 53 yaşlı kişini həbs edib.

 

Məlum olub ki, cinayətkar qadını döyərək öldürməklə yanaşı, xırda daşlarla təhqirrdici hərəkətlər edib. Onlardan birində polis cinayətkarın DNT-sinin izlərini aşkar edib.

 

Qatili tapmaq üçün polis qadının bütün tanışlarının siyahısını tərtib edib və onların hamısından DNT analizləri götürüb. Həbs edilən şəxs siyahıda 91-ci olub.

 

Həmin şəxs əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkməyib. Polis cinayətdə həmçinin eqoist motivlər olduğunu bildirir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...