800 döyməli qadının: Uşaqlarını bağçadan götürmək, anasının dəfninə getmək qadağan olunub - FOTO

800 döyməli qadının: Uşaqlarını bağçadan götürmək, anasının dəfninə getmək qadağan olunub - FOTO

Bədənində 800-dən çox döymə olan britaniyalı Melissa Sloan qeyri-adi görünüşünə görə işdə və cəmiyyət arasında çətinlik çəkir. 

 

Sfera.az bildirir ki, dünyanın ən çox döyməsi olan çoxuşaqlı ana hər zaman problemlərlə üzləşir. 


46 yaşlı Melissa Sloanın bədənində 800 döymə olduğu üçün hətta, qızlarını uşaq bağçasına aparmağa belə icazə verilməyib.


Melissa Sloanın bütüb bədəni və üzü döymələrlə örtülü olan qadına hətta təmizlik işi də verilmir.


Yeddi uşaq anası olan qadın ilk döyməsini 20 yaşında etdirib. O vaxtdan bəri qadın, demək olar ki, bütün boş vaxtını həbsxana tərzində döymələrin eskizləri üzərində işləməyə sərf edib. İndi o qədər çox döyməsi var ki, bədənində demək olar ki, bir santimetr belə boş yer yoxdur. Bu döymələrin əksəriyyəti onun sevgilisi Luka tərəfindən vurulub.


Melissa deyir ki, nə qədər çox döymə etdirsə, həyatı bir o qədər çətinləşdi. Görünüşünə görə iş tapa bilmir. Bir zamanlar o, təmizlikçi işləyib, amma indi orada da ondan imtina edirlər.


"Çox ağlamalıdır əslində. Nə qədər çox döymə vursam, bir o qədər çox insan dəli olduğumu düşünür" - deyə Melissa jurnalistlərə bildirib.


Bu yaxınlarda gənc qadın qeyri-adi görünüşünə görə hətta kilsədən qovulub.

 

"Hamı güldü və üzünü çevirdi ki, məni görməsinlər. Qovulanda heç kim mənə kömək etmədi. Hamı sadəcə orada oturdu. Amma mən İsaya hamı kimi yaxınam”


Müsahibə zamanı çoxuşaqlı ana onu da əlavə edib ki, vaxtilə uşaqlarını götürmək üçün bağçaya getmirdisə, bu dəfə hətta ona anasının dəfnində iştirak etmək də qadağan edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...