Ledi Qaqanın çəkildiyi filmin kadr arxası: Hekayəsi də film kimidir  

Ledi Qaqanın çəkildiyi filmin kadr arxası: Hekayəsi də film kimidir  

Bildiyimiz kimi, moda sənayesi maraqlı hadisələr, intriqalar və hekayələrlə doludur. Təbii ki, işin içinə Hollivud da qarışanda inanılmaz maraqlı görüntülər meydana çıxır.


Yadınızdadırsa, 1997-ci ildə qətlə yetirilən Canni Versaçenin qətli mini seriala çevrilmiş və “Emmi” mükafatına layiq görülmüşdü. Layihədə Penelope Kruz kimi məşhur adlar da rol alıb.


Versace kimi, Guccinin də arxasında maraqlı və izaholunmaz bir qətl hekayəsi var: keçmiş həyat yoldaşı Patrizia Reggiani tərəfindən işə götürülən biri tərəfindən qətlə yetirilən Maurizio Gucci.


Sfera.az bildirir ki, bu hekayənin film versiyası 2001-ci ildə eyniadlı Sara Gay Fordenin "Gucci Evi" kitabından götürülmüşdür.


Filmin rejissoru Ridley Scottdur. Filmdə Ledi Qaqa və Adam Driver kimi məşhur adlar iştirak edib.


Filmin çəkilişləri Milanda və Alp dağlarında aparılıb. 

 

İndi hadisənin kadr arxasından, yəni real hekayəsindən danışaq: 1995-ci ildə babası Quççio Quççinin (Gucci) yaratdığı moda evinin keçmiş prezidenti Mauritsio Quççi Milanda ofisinin foyesində güllələnib.


Bütün əlamətlər Guccinin keçmiş həyat yoldaşı Patrizia Reggianiyə işarə edirdi. Burada dörd əməkdaş, o cümlədən bir media işçisi olub.


O dövrdə mətbuatda tez-tez “qara dul” kimi xatırlanan Reggiani qətldən sonra 29 il həbs cəzasına məhkum edilib.


Yeri gəlmişkən, onu da qeyd edək ki, o, 2016-cı ildə 18 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Onun cinayət ortaqlarından biri, işçisi 25 il müddətinə azadlıqdan məhrum edilib. Reggianidən bu işi niyə özü etmədiyini soruşduqda o, “görmə qabiliyyətim çox yaxşı deyildi, hədəfi əldən vermək istəmədim” deyib.


1972-ci ildə evlənən Gucci və Reggianinin bir vaxtlar Nyu York, Milan, Akapulko və Alp dağlarında evləri olub.


Cütlüyün evliliyi əslində demək olar ki, mükəmməl gedirdi və onlar mətbuatın diqqətini çox cəlb edirdilər.
Ancaq 1985-ci ildə Gucci həyat yoldaşını Paola Françi adlı başqa bir qadına görə tərk edib. 


Gucci Reggianiyə ezamiyyətə getdiyini desə də, o, bir daha evə qayıtmayıb. 1994-cü ildə, ölümündən bir il əvvəl, uzun bir boşanma məhkəməsi davam edirdi. Həmin ərəfədə Reggianinin həyat yoldaşına çoxlu ölüm təhdidləri göndərdiyi məlum olub. 


Bundan əlavə, Gucci 1983-cü ildə atası Rodolfo öldükdən sonra şirkətin əksər səhmləri ona miras qaldı. Şirkətə nəzarəti qohumlarından, yəni əmisi Aldodan almaq üçün dərhal qanuni tədbirlər gördü.


Təbii ki, həm də təəssüf ki, Maurizionun ailə biznesini idarə etməsi qısamüddətli oldu. Qəbul etdiyi səhv maliyyə qərarlarına görə 1993-cü ildə səhmlərini Bəhreyn investisiya şirkətinə satmalı oldu.


O, babasından miras qalan şirkət üzərində nəzarəti tamamilə itirib.


Gördüyünüz kimi, bu hekayənin yalnız bildiyimiz hissəsidir və bir o qədər də mürəkkəbdir. Təbii ki, hekayənin bilmədiyimiz tərəfləri də var. Ona görə də daha artıq marağı itməsin deyə, sizə filmə baxmağı tövsiyə edirik: “Gucci evi”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...