Stinqin qızı uzun müddət sonra ilk dəfə görüntüləndi

Stinqin qızı uzun müddət sonra ilk dəfə görüntüləndi

Stinqin qızı- əsl adı Qordon Sumner olan Eliot Paulina Sumner və həyat yoldaşı prodüser Trudie Styler birlikdə ictimaiyyət qarşısına çıxıb. 


Sfera.az bildirir ki, Eliot Paulina Sumner nadir hallarda ictimaiyyətə çıxır. Lakin o, “Netflix”in “”çəkdiyi “Ripley” filminin Los-Anceles premyerasında iştirak edib.

 

30 yaşlı Eliot İtaliyanın Piza şəhərində anadan olub. O, altı övladı olan Stinqin beşinci övladıdır. 

 

Eliot şou-biznes karyerasına ilk olaraq müğənni kimi başlayıb, bir neçə albom yazdırıb. 2015-ci ilin sonunda lezbiyan kimi çıxan Sumner əvvəlcə özünü biseksual hesab etdiyini, lakin sonra qızları daha çox bəyəndiyini anladığını bildirib.

 

Eliot qeyd edib ki, o, heç vaxt cinsi orientasiyasını gizlətməyib və bu barədə valideynlərinin və dostlarının məlumatı olduğunu deyir.

 

Eliot "The Gentlemen" filmində narkotik aludəçisi Laura Pressfild obrazıbı canlandırıb. O, həmçinin Ceyms Bond seriyasından olan “Ölməyə vaxt yoxdur” filmində mühafizəçi rolunda çəkilib. İndi isə o, Dakota Fanninq və Endryu Skottla birlikdə "Ripley" serialında rol alıb.


"Cənablar" filminin treyleri

 

Eliot əvvəllər model Lucy Von Alten ilə sevgili olub. Cütlük təxminən iki ilə yaxın birlikdə olub və Londonda yaşayıb. Daha sonra 27 yaşlı sosialist Frankie Herbert ilə münasibət quran Eliot, keçən il ayrılıb.


Frenki mərhum Kraliça Elizabet üçün podiumda modellik etmiş nadir insanlardan biridir.

 

Xatırladaq ki, Stinq iki dəfə evlənib. İlk həyat yoldaşı, aktrisa Frensis Tomelti ilə onun iki övladı/oğlu Cozef və qızı Fuşya var.


1992-ci ildə evləndiyi Trudie Stylerdən isə Stinqin dörd övladı (Bridget, Jake, Eliot və Giacomo) var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...