Harri Potter” müəllifi yeni transgender qanununu qəsdən pozdu

Məşhur yazıçı, “Harri Potter” müəllifi JK Roulinq Şotlandiyanın baş naziri Həmzə Yusifə etiraz edib.
Sfera.az bildirir ki, Şotlandiyada nifrətin qarşısının alınması haqqında qanun qəbul edilib. Qanunda nifrətin qızışdırılmasına və transgender şəxsiyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunu pozanları, transgender qadınlara kişi deyənləri yeddi ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Şotlandiyada bu qanun 2021-ci ildə qəbul edilsə də, 1 aprel 2024-cü ildən qüvvəyə minib.
JK Roulinqin postu və Rişi Sunakın reaksiyası
"Harri Potter"in müəllifi məhz həmin qanunun qüvvəyə mindiyi gün transgender qadınları kişi adlandıraraq, post paylaşıb. O, 10 məşhur transgender insanın fotolarını yayımlayıb və onların qadın olmaqlarını ələ salıb.
Şəkillərini paylaşdıqları arasında yazıçının istehza ilə “şirin şotland qızı” adlandırdığı İsla Brayson və teleaparıcı İndia Uilobi də var. Siyahının sonunda Roulinq tvit paylaşaraq:
“Bu sadəcə 1 aprel zarafatıdır. Aydındır ki, yuxarıdakı tvitlərdə adı çəkilən insanlar heç də qadın deyil, sonuna qədər kişilərdir”.
Yazıçı həmçinin qeyd edib ki, Şotlandiyada Nifrət Cinayəti Aktını qəbul edərkən, qanunvericilər əslində qadınların hüquq və azadlıqlarını əllərindən alıb, bunu kişilərə verdilər. O qeyd edib ki, kişilərə bir çox şeylər, məsələn qadın idmanında iştirakına icazə verilməsi absurddur. O, həmçinin qeyd edib ki, qanun bioloji cinsin reallığını və dəyişməzliyini inkar edir.
Yazıçının fikrincə, “qadın” sözünün özünü bu cür təqdim edən hər bir kişiyə aid edilməsi absurddur.
“Şotlandiyada qadın və qızların hüquqları və təhlükəsizliyinə onsuz da daim laqeyd yanaşılıb. Bu həmişə ciddi nəticələrə səbəb olub. Bəs məhbus və ya təcavüzdən sağ çıxmağı bacaran qadınların hüquqlarını kim qoruyacaq”? - deyə Roulinq yazıb.
Qeyd edək ki, Roulinq hazırda Şotlandiyada olmasa da, onun yazdıqları qanunun şərtlərinə görə cinayət sayıla bilər. Buna baxmayaraq, Roulinq paylaşımına bir neçə hashtag əlavə etməkdən də çəkinməyib:
#Məni həbs edin #AprilFools #NifrətCinayətAktıŞotlandiya"
Mesaj əhali arasında həm hiddət, həm də dəstək qazanıb. Böyük Britaniyanın baş naziri Rişi Sunak Roulinqi müdafiə edib.
"İnsanlar cinsiyyət və ya anatomiya ilə bağlı sadə faktlar söylədikləri üçün cinayət məsuliyyətinə cəlb edilməməlidir. Biz bu ölkədə söz azadlığına inanırıq və Mühafizəkarlar hər zaman bunu müdafiə edəcəklər"- seyə Sunak bildirib.
Bazar ertəsi mübahisəli qanunun qəbulundan sonra Şotlandiya Polisinə təxminən 4000 şikayət edildiyi, polisin saatda orta hesabla 60 şikayətə baxdığı bildirilir.
Bundan əlavə, məlum olub ki, minlərlə polis məmuru yeni nifrət qanunundan xəbərdar deyil və onlara bu barədə təlim keçməyiblər.
Qanunun qəbulundan sonra Şotlandiyanın təxminən 16 000 polis əməkdaşından 6 min nəfəri sırf maariflənmə məqsədi və təbliğatına görə iki saatlıq təlim kursunu bitirməlidir.
Aysel
Sfera.az