Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlandı

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlandı

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

 

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

 

Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.

 

Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


OXŞAR XƏBƏRLƏR