Güclü küləklə bağlı təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI

Cəmiyyət
18:16 / 04.04.2024
6213
Gün ərzində müşahidə edilən güclü küləkli hava şəraitə ilə bağlı təcili tibbi yardıma müraciət edənlər barədə son məlumat açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az-a cavab olaraq bildirilib ki, güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dörd ünvan üzrə beş müraciət qeydə alınıb.
Hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan üç nəfər kişi, iki nəfər isə qadın olub.
Onlardan iki nəfər (biri qadın, biri kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. Üç nəfərə (biri qadın, ikisi kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.