"Barça"nın oyunçusu Messi və Ronaldodan DANIŞDI: "İkisi də..."

İdman
17:50 / 04.04.2024
6660
Hazırda "Barselona"da icarədə olan "Atletiko Madrid"in vingeri Joao Feliks Lionel Messi və Kriştiano Ronaldo haqqında danışıb.
Sfera.az bildirir ki, o, Messi və Ronaldonun müqayisə edilə bilməyəcək şəxslər olduğunu deyib:
“Messi və Kriştiano müqayisə edilməməlidir, onlardan həzz alınmalıdır. Bu iki oyunçudan birini seçmək çox çətindir. Hər ikisi o qədər iş görüblər ki, bunu başqasının təkrarlaması çox çətin olacaq”.
Qeyd edək ki, Joao 2023-cü ilin yayından "Barselona"da çıxış edir. Bu mövsüm o, klubun heyətində 35 oyun keçirib, doqquz qol vurub və altı məhsuldar ötürmə edib.
Fatimə Lətif