KTMT-dən Ermənistana TƏRS ŞİLLƏ: "Əvvəlcə sərhədlərinizi dəqiqləşdirin, sonra..."

KTMT-dən Ermənistana TƏRS ŞİLLƏ:

"Martın 12-də keçirilən mətbuat konfransında Nikol Paşinyan bəyan etmişdi ki, təşkilat İrəvanın "KTMT-nin Ermənistandakı cavabdehlik sahəsi" ilə bağlı sualına cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq".

 

Sfera.az xəbər verir ki, bunu "RBC" nəşri yayıb.

 

Təşkilatdan "RBC"ya bildirilib ki, KTMT Ermənistanın suveren ərazisini özünün məsuliyyət sahəsi hesab edir. 

 

"Bu bəyanatla KTMT Ermənistanda sualına mahiyyətcə cavab verib. “Məsuliyyət zonası" ifadəsi kifayət qədər mürəkkəbdir və obyektiv cavab almaqdan daha çox diqqəti respublikadakı vəziyyətə cəlb etmək məqsədi daşıyır, çünki əməkdaşlıq prinsiplərinə istinad edən və imzalanan 2010-cu il müqaviləsinə əsasən, KTMT çərçivəsində məsuliyyət zonası üzv dövlətlərin suveren əraziləri hesab olunur”, - nəşrdə qeyd olunur.

 

"Daha sonra qeyd olunan sənədin 2010-cu ildə Moskvada imzalandığı təfərrüatlı şəkildə bildirilir. KTMT qeyd edib ki, təşkilatın məsuliyyət zonası Ermənistanla qonşuları arasında ikitərəfli prinsiplə tənzimlənən dövlət sərhədinin keçdiyi yerdə bitir. Bu bəyanat Ermənistanın tələblərinin KTMT tərəfindən ciddiyə alınmaması deməkdir. Belə olan halda KTMT-nin Paşinyanın məntiqi və üslubu ilə cavab verdiyini söyləmək olar: əvvəlcə sərhədlərinizi dəqiqləşdirin, dövlətlərarası sərhədi müəyyənləşdirin, yalnız sonra bizə tələblərlə müraciət edin" - "RBC" yazıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

İyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarıma...

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.   Sfera.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub. &nb...

"Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent aşağı bal yığıb"

“Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent qəbul imtahanından 40 baldan aşağı nəticə əldə edib”.   Sfera.az xəb...

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yoll...

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.   Bu barədə Sfera.az-a Müdafiə Nazirl...

"Rus və Azərbaycan bölmələri üzrə eyni sayda plan yeri ayrılıb" - Məleykə Abbaszadə

“Rus və Azərbaycan bölmələri üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı eyni səviyyədədir”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İm...