Ronaldonun çarpayısı HƏRRACA ÇIXARILDI: "Onu yenidən..."

İdman
17:40 / 04.04.2024
6040
Kriştiano Ronaldonun Sloveniyada istifadə etdiyi otel çarpayısı hərraca çıxarılıb.
Sfera.az bildirir ki, əldə edilən gəlir xeyriyyəçilik üçün nəzərdə tutulub. Otel bu təşəbbüsü Portuqaliyanın Lyublyanadakı oyunundan sonra açıqlayıb:
“Çarpayının qiyməti 5 min avrodan başlayır. Bu, kifayət qədər xüsusi və unikal hadisədir. Ronaldonu yenidən Sloveniyada qəbul etmək imkanımız nə vaxt olacaq, onu bilmirik. Amma onu yenidən burada görməkdən məmnun olarıq."
Fatimə Lətif