Poroşenko hakimiyyətə qayıdır? - “Hər şey ondan asılıdır”

Poroşenko hakimiyyətə qayıdır? - “Hər şey ondan asılıdır”

Ukraynanın sabiq prezidenti Petro Poroşenko yenidən hakimiyyətə qayıtmaq istədiyini açıqlayıb. O, ölkəsində keçiriləcək növbəti prezident seçkilərində namizəd olacağını söyləyib. P.Poroşenko həmçinin qeyd edib ki, bunun üçün əvvəlcə hərbi əməliyyatlar başa çatmalıdır, səsvermənin tarixi məhz bundan sonra elan edilə bilər.

 

Maraqlıdır, onun prezidentliyə namizəd olma və seçilmə ehtimalları nə qədərdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, Poroşenkonun yenidən hakimiyyətə gəlməsi, onun Ukrayna prezidenti olması məsələsi hələ ki, aktual görünmür:

 

“Bu dəqiqə Ukraynada hərbi əməliyyatlar gedir, adətən belə dövrlərdə prezident seçkiləri keçirilmir. Proses müəyyən zamana qədər ertələnir. Qərb ölkələri isə Ukraynada hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Ona görə də indiki halda Qərbin burada müharibəni dayandırıb seçkilərə getməsinə şərait yaratması inandırıcı deyil”.

 

Müsahibimiz bildirib ki, Ukrayna xalqı seçkilərlə bağlı düşünmək vəziyyətində deyil:

 

“Onlar müharibənin necə bitəcəyini, nələr olacağını düşünürlər. Poroşenko seçkilərə getmək istəyər, amma seçkilər baş tutacaqmı? İkincisi, müharibə nə zaman dayanacaq? Savaş bitməsə, seçkilərin olması ehtimalı mümkün görünmür. Seçkiyəqədərki situasiyadan çox şey asılıdır. Zelenski torpaqları daha çox itirəcəksə, onun hakimiyyətdə qalması ehtimalı azalacaq. Amma torpların əksəriyyətini işğaldan azad edə biləcəksə, seçkilərdə qalib gəlmək imkanları çox ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR